Əfsanəvi Kunq-Fu ustası Brüs Li

Əfsanəvi Kunq-Fu ustası Brüs Li

Brüs Li ( Bruce Lee) - döyüş sənətləri üzrə məşhur döyüş ustası və aktyoru, Cit Kun Do döyüş sənətinin banisidir.

1940-cı ilin səhərində Çin təqviminə görə Əjdaha ilində şəhərində anadan olan Brüs Linin əsl adı Brüs Jun Fan Lidir. Atası və anası, Çin operasında aktyor idi. Anası Qreysin sözlərinə görə, ona bir Amerikan adı verməyi fikirləşmirdi. Xəstəxanada işləyən həkimlərdən biri bu körpəyə Brüs deməyə başladı buna görə də anası bu adı dəyişdirməyib ona Brüs adını verdi. Bundan sonra adı Brüs Li oldu. Ailə çox qısa bir müddət sonra Honq Qonqa geri döndü. 6 yaşı olanda da o tündxasiyyət idi. Brüs Honq Konqda film karyerasına 8 yaşında başladı.

Atasının son filmində rejissor onu setdə gördü və o rejissorun çox xoşuna gəldi və ona bir rol təklif etdi. Bu Brüsün gələcəkdəki film karyerasınnı başlanğıcı oldu.


Kunq-Fu ustası ilə tanışlığı

Brüs Linin sağ ayağı anadangəlmə qısa idi. O, yaşa dolduqca bu problem daha qabarıq nəzərə çarpırdı. Li 6 yaşından başlayaraq sərt xarakterini bəlli etməyə başlayır. Övladlarının Kunq-Fu döyüş növünə olan istəyini görən ailəsi bu məşğuliyyətin həm də onun ayağındakı qüsuru aradan qaldıracağına ümid edir.

Li on üç yaşında atasından Tay Çi döyüş dərsləri almağa başlayır. Küçə davalarından birində döyüləndən sonra bu idman növüylə ciddi maraqlanmağa başlayır və böyük ustad İp Manla tanış olur. Ailəsi onu Kunq-fu sənətini öyrənməsi üçün bu məşhur idman ustasının məktəbinə yazdırır. Brüs Li burada Ving Çun müdafiə sistemi üzrə təlim keçir.

İp Man tələbəsinin bacarığını kəşf edir, ona Kunq-Funun ən incə detallarını öyrədir. Li böyük ustanın ən yaxşı tələbəsinə çevrilir. Manın Çindəki ləqəbi "Böyük Əjdaha" idi. O, Brüs Liyə "Kiçik Əjdaha" ləqəbini verir.


Li zaman keçdikcə Ving Çun döyüş sisteminə mükəmməl şəkildə yiyələnir. Bununla da onun qatıldığı döyüşlərinin sayı artmağa başlayır. Honkonqda təşkil edilən boks çempionatlarında üç dəfə çempion olan Çemsi məğlub edir və boks çempionu adını qazanır. Bununla belə, Linin adı hələ də küçə davalarında çəkilirdi. Həmin il Li Honq Konqda təşkil olunmuş "Çaça" rəqsi üzrə keçirilən yarışda qalib gəlib. Küçə davaları səbəbindən litseyi atmalı olur. Atası Linin hərəkətləri ilə ailəyə ləkə gətirməsini istəmirdi. Bir döyüşdə rəqibinin qolunu və ayağını qırdıqdan sonra onu ABŞ-a göndərməyi qərara alır.

Amerika günləri

Linin ABŞ-a gedərkən yanında apardığı tək şey 100 dollar və Kunq Fu təlimi idi. Amerikaya gəldiyi ilk günlərdə Sietl şəhərində ofisiantlıq edir, restoranın çardağında yaşayır. Həmçinin də təhsilini davam etdirir. Orada litseyi bitirib Vaşinqton Universitetinə daxil olur. Universitetdə oxuyarkən gecələr restoranda işləyir. Bir neçə ay sonra bu həyat tərzinin ona görə olmadığını görüb, işdən ayrılaraq kunq fu dərsləri deməyə başlayır. Li 22 yaşındaykən "Chinese Kung Fu" (özünü qoruma Fəlsəfi Sənəti) adlı kitabını dərc etdirir. Burada amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün çinlilərdən başqa kiməsə öyrədilməsi qadağan olan Kunq Fu dərslərini verməyə başlayır. Bu məqsədlə yığdığı pulla mənzil kirayə götürür. Öz məktəbini açır. Məktəbinin adı "Jun Fen Kunq Fu School" idi. Yavaş-yavaş şagird toplamağa başlayır. Bir tərəfdən də universitet təhsilinə davam edirdi. Fəlsəfə üzrə diplom müdafiə edir. Li daha sonra Oaklandda ikinci məktəbini açır, burada geniş kütləyə, amerikalılara yad olan bu sənətin nə qədər geniş məzmunlu və dərin fəlsəfəyə sahib olduğunu isbat edir.



Döyüş sənətinə gətirdiyi yeniliklər: Cit Kun Do

Cit Kun Do 1967-ci ildə Brüs Li tərəfindən yaradılmış bir döyüş sistemidir. Bu döyüş növü tam özünümüdafiə texnikalarına əsaslanır. "Jeet Kune" mənası-yumruğu qabaqlamaq və ya kəskin sürətdə zərbə və hücumu zərərsizləşdirmək; "Do" isə-yol mənasını verir. Bu döyüş sistemi digər döyüş üslublarından daha təsirlidir. Çünki, üslub sadə, öyrənilməsi asan, əsl özünümüdafiə texnikaları ilə zəngin bir sistemdir. Bu döyüş növünün təməli Vin-Çun və boks döyüş növlərinə əsaslanır. Çünki, Brüs Li uşaqlıqdan Vin-Çun ustadı İp Manın yanında bu döyüş növü ilə məşğul olmuşdur. Daha sonrakı illərdə yaratdığı bu unikal döyüş üslubuna başqa idman növlərini də: Aykido, Ciu Citsu, Güləş, Kunq Fu (müxtəlif stilləri), Taekvando, Muay tay və s. döyüş üslublarını daxil edərək onlar arasındakı fərqlərə əsasən tətbiq etmişdir. Hazırda dünyanın bütün ölkələrində bu döyüş üslubu populyardır.



Şəxsi həyatı

Brüs Li 1964-cü ildə Linda Emeri adlı qızla evləndi. 1965-ci ildə onların Brendon adlı oğlu dünyaya gəldi. Bir neçə il sonra Şanon adlı qızı dünyaya gəlib.





Film karyerası

İlk uzun metrajlı filmi Çinli prodüser Raymond Çou yeni qurduğu film şirkəti Qoldan Harvestla çəkilən filmidir. Film Honq Konq və cənub-şərqi Asiya bölgəsində indiyə qədərki ən çox satılan film olur. Bundan sonra Asiyalıların çəkdiyi "Qəzəbin yumruğu" filmində çəkilir. Linin bu filmlərində özünə xas xüsusi stilini də görmək olurdu. Dövrün super ulduzu Vang Yu Böyük Usta çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyasını nizamlarkən gecə gündüz çalışırdı. Hərəkətli səhnələr uzun planlı çəkilişlər tələb edirdi. Nunçaku, Bo, Kali, bıçaqlar və bunun kimi bütün döyüş alətlərindən istifadə edərək döyüş səhnələrini daha da təsirli edirdi.

Sonralar Green Hornet adlı bir serialda çəkilməyə başladı. Lakin bu serial bir mövsüm sonra bağlandı. Daha sonra Ceyms Qarnerin çəkildiyi "Marlove" adlı filmdə kiçik bir rolda çəkildi. Şikəst oldu amma imtina etmədi. Bu kiçik rol ona heç bir fayda vermədi. Li ondan sonra döyüş 3 Knuns adlı məktəb açmağa qərar verdi.O, burada şagirdlərinə Jit Kun Donu öyrətdi. Stiv MakKuin, Əbdul Cabbar, Ceyms Koburn, Don İnosanto kimi tanınmış şagirdləri oldu. 1970-ci illərdə Hollivud ilə Honq Konqdan ona inanılmaz təkliflər gəldi. Bu illərdə kürəyindən çox ciddi zədə aldı.

Brüs Li çəkildiyi filmlərlə Kunq Funu bütün dünyada məşhur etdi. Eskrima ustası Dan Inosanto, Linin xüsusi stili Jit Kun Donun qətiyyən göstəriş üçün olmadığını, əksinə çox həqiqi, bədən hərəkətlərinin funksiyasına uyğun bir idman olduğunu söyləyərdi. Linin bütöv bir idmançı olduğunu, Jit Kun Donun da həqiqi döyüş sənəti olduğunu, bununla yanaşı Brüs Linin də çox yaxşı bir aktyor olduğunu, döyüş sənətini fantastik bir şou olaraq tamaşaçıya sərgiləməyi bacara bildiyini söyləyərdi.

Brüs Linin üçüncü filmi "Əjdahanın yolu" oldu. Bu filmdə Linin yanında köməkçi aktyor olaraq Amerikada yeddi dəfə karate çempionu olmuş Çuk Norris çəkildi. Filmin final mübarizəsində isə sanki Karate və Kunq Funun mübarizəsi göstərilirdi. Brüs Linin hər filmində bir yenilik vardı. Brüs Lin Dan İnosantio və Kərim Abdül Cabbar ilə "Ölüm Oyunu" filmində də çəkildi. Amerikan filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən Amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəldi. Buna görə sənətçi "Ölüm oyunu" filmini yarıda qoyaraq, Çin Amerikan ortaq istehsalı olan "Əjdahanın çıxışı" filmi çəkildi. Amerikan Kinosunda və Uzaq şərq filmində super ulduzla çevrilən Li "Ölüm oyunu" adlı filmini tamamlamadan vəfat etdi.

Həkimlər ona döyüş sənətin əl çəkməsini və yaxşılaşması üçün yataqdan çıxmaması lazım olduğunu söylədilər. Bu dövr Brüs Linin həyatında ən pis dövrlərindən biriydi. 6 ay yataqda qaldı.Bu zaman "Cit Kun Do Tao" adlı kitab yazmağa başladı. Amma axıra çatdıra bilmədi. Kitabını ölümündən sonra arvadı tamamladı.




Vəfat səbəbi

20 iyul 1973-cü ildə Brüs Linin ölümü tragediya olaraq qaldı. Fiziki sağlamlığının insanlar tərəfindən çox yaxşı olduğu bilinirdi. Ölüm səbəbinin təbii səbəblərdən ola biləcəyi düşünülürdü. Brüs Bettində baş rolda oynayacağı "Ölüm oyunu" adlı filmi bitirirdilər. Raymond günortadan sonra axşam yenidən görüşmək arzusu ilə onlardan ayrıldı. Başağrısından şikayət edən Brüsə Betti hər vaxt özünün də istifadə etdiyi bir aspirin qarışığı olan Equogesic verdi. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına getdi. Raymond axşam nə üçün gəlmədiklərini öyrənmək üçün onları axtardığında Betti, Brüsün yataqda qaldığını söylədi. Raymond Bettinin evinə gedib Brüsü qaldırmağa çalışdı amma bacara bilmədi. Onu qurtarmaq üçün edilən bir çox müvəffəqiyyətsiz sınaqdan sonra təcili yardım çağırıldı.

Brüs xəstəxanaya çatdırıldıqda artıq vəfat etmişdi. Təcili yardımda ürək və tənəffüsə müdaxilə edildi. Amma bir həyat əlaməti yox idi. Brüsün necə öldüyü əslində müzakirə mövzusu oldu. Ölümünün beynindəki şişdən ola biləcəyi deyildi. Bunun doğuşdan mı, yoxsa daha sonra mı ortaya çıxdığı məlum deyildi. Amma başında hər an partlamaq üzrə olan ziyan görmüş bir damarla çox vaxtı yox idi. Hətta ölümündən 2 ay əvvəl bir beyin zədəsi keçirmişdi. Minlərlə insan küçələrə tökülüb, son səfərində onu tək buraxmaq istəmədilər. Kütləni dayandırmaq üçün polis tərəfindən barrikadalar qurulurdu.




Digər bir faciədə isə oğulu Brendon Linin 31 mart 1993-cü ildə ABŞ-ın Şimali Koralina əyalətində "Qarğa" adlı filmin çəkilişləri əsnasında qarnından vurularaq ölməsidir.


Brüs Li ABŞ-ın Sietl əyalətində Leyk Vyu qəbiristanlığında basdırılmışdır. Berendon Li də atasının yanında basdırılıb. Hər gün özünün və oğlunun məzarı dünyanın dörd bir tərəfindən gələn insanlar tərəfindən ziyarət edilir.


Maraqlı faktlar

  • Brüs Li düyü dənələrini havaya atıb və yemək üçün çubuqlarla tuta bilirdi.
  • Brüs Linin zərbəsi 0,05 saniyə çəkirdi.
  • Brüs Li 32 kiloluq qanteli bir, düz əli ilə gözləri səviyyəsinə qaldırıb 20 saniyə saxlaya bilirdi, bir əli ilə 50 dəfə yuxarıya çəkinə bilirdi.
  • Brüs Linin zərbəsi əl ilə 1700 kiloqrama gəlirdi, ayağı ilə zərbəsi isə 3 tonu keçirdi.

  • Brüs Li on sentlik qəpiyi başqasının əlində həmin şəxs əlini yummamış dəyişməyi bacarırdı.
  • Brüs Li həddindən artıq çox cəld idi. Normal bir filmdə saniyədə 24 kadr olarkən Brüs Linin döyüşlərindəki çəkilişlər 32 kadr olurdu.
  • Brüs Li 2 barmaq, bir əli ilə yerdən jim edə bilirdi.

  • Brüs Linin boyu 1.71 m, çəkisi isə 57 kiloqram olub.
  • Brüs Linin ölümünü çox vaxt "Dim Mak" sənəti ilə əlaqələndirirlər.
0
12:27
340

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!