İnsanı vahiməyə gətirən 15 qorxunc heyvan

İnsanı vahiməyə gətirən 15 qorxunc heyvan

Heyvanlar aləmi müxtəlif, çox gözəl və maraqlıdır. Bu səbəbdən heyvanlar haqqında verlişlər Discovery və ya National Geographic kimi kanallarda bu qədər məşhurdur. Lakin heyvanlar aləminin bəzi vəhşi nümayəndələrini elə ekrandan izləmək təhlükəsizdir.

15. Yapon krab-hörümçəyi

Buğumayaqlıların ən böyük nümayəndələrindən biridir. Böyük individlərin ön ayaqlarının uzunluğu 3 metrəyə qədər uzanır. Mollyusklar və heyvanların qalıqlarıyla qidalanır. Təxmini 100 ilə qədər yaşayır.

14. Mavi halqalı səkkizayaq ilbiz

Dünyada ən zəhərli heyvanlardan biri hesab edilir. Onun zəhərinin gücü insanı öldürmək üçün kifayətdir. Mavi halqalı səkkizayaqlı ilbizin zəhərinə qarşı dərman mövcud deyil. Öz parlaq göy halqaları ilə səkkizayaqlı ilbiz rəqibi xəbərdarlıq edir ki ona tərəf üzməmək daha yaxşıdır.

13. Aye-aye

Aye-aye (Daubentonia madagascariensis) Madaqaskarın şimalında yaşayır. Böyük gözləri və uzun barmaqları olan bu heyvan qorxunc görünsədə amma əslində zərərsizdir.

12. Yallı canavar ( Chrysocyon brachyurus)

Cənubi Amerikada itlər ailəsinin ən böyük nümayəndəsi, yallı canavar unikal görünüşə malikdir. O canavardan daha çox yüksək, qamətli ayaqlara malik böyük tülküyə oxşayır.

11. Qrimpotevtis (Grimpoteuthis)

Bu kiçik səkkizayaqlı ilbizlərin individləri hətta 7000 metr dərinlikdə də aşkar edilmişlər. Böyük gözlərlə füsunkar görünən bu kiçik dəzin varlığı yenə də okeanın tünd dərinliklərində qorxunc görünür.

10. Çılpaq qunduz

Bu gəmiricilərin zahiri görünüşü insanı qorxutmağa qadirdir. Bu qunduz tamamilə çılpaq bədənə və uzun dişlərə malikdir. Amma məhz heyvanların bu növü xərçəngin diaqnostikası və orqanizmin qocalması məsələlərinin öyrənilməsində böyük rol oynayır.

9. Gerenuk (Litocranius walleri)

Uzun incə boynunun və uzun ayaqlarının sayəsində Gerenuku başqa heyvanlarla səhv salmaq mümkün deyil. Bu heyvanı çox vaxt afrika antilopu da adlandırırlar.

8. İlanbalığı

Bu bədheybətlərin təxminən 40 növü mövcuddur və onlar həm duzsuz həm də duzlu suda yaşayırlar. İlanbalığının ağızında çox sayda dişləri olur. ilanbalığı bu dəhşətli dişləri ilə qurbana yapışır və qanı sormağa başlayır. Təəccüblü olsa da amma insanlar bu qorxunc varlıqlardan qida kimi istifadə edirlər.

7. Ulduz burunlu köstəbək (Condylura cristata)

Köstəbəklər ailəsinin bu məməlisi Şimali Amerikada yaşayır. Hər şeydən əvvəl ailənin başqa nümayəndələrindən ulduzu xatırladan burnuyla fərqlənir.

6. Balıq-damcı (Psychrolutes marcidus)

Balıq-damcı artıq öz qəribə zahiri görünüşünün sayəsində şəbəkədə olduqca məşhurdur və hətta bütün dünyada onu ən eybəcər kimi tanıyırlar.

5. Dəniz şeytanı

Dəniz şeytanları düzgün olmayan ağız strukturuna malik olduqları üçün ağızları həmişə açıq olur və kəskin iti dişləri görünür. Bu balıqların bədəni böyük miqdarda dəri fırıyla, təpəcik və lövlə örtülmüşdür. Ona görə təəccüblü deyil ki bu dəniz "Kvazimodosu", bədhax gözlərdən gizlənmək üçün böyük dərinlikdə yaşamağa üstünlük verir. Sualtı dünyanın başqa sakinlərindən onlar ağızlarının üstündə yerləşən bel üzgəclərinin ön hissəsi ilə fərqlənirlər. Dəniz şeytanına bu işıqlanan "fənər" yollarını aydınlatması üçün yox şikarını cəlb etmək üçün lazımdır

4. Yarasa balıq (Ogcocephalus darwini)

Yarasa balıq Qalapaqos adalarının sahilində 30 metr dərinlikdə yaşayır. Al-qırmızı dodaqları balığın tipik xüsusiyyətidir. Darvinin gönlücəsi üzməyi yaxşı bacarmadığı üçün okeanın dibində öz döş üzgəcləriylə gedir.

Qoblin köpək balığı (Mitsukurina owstoni)

Bu qorxudan köpək balığının sifət quruluşu uzun dimdikşəkillidir amma çənəsi yetərincə uzana bilər. Bu köpək balığı — əsl canlı tapıntıdır, axı onun əcdadları hələ 125 milyon il əvvəl mövcud idilər.

2. Ördəkburun

Bu qapalı yarısuda yaşayan heyvan Avstraliyanın kiçik çay sahillərində və çarhovuzlarında məskən salır.

1. Adi ay-balıq

Bu müasir sümüklü balıqların ən ağırıdır. Uzunluğu üç metrə çatır. Ginnesin rekordlar kitabında 18 sentyabr 1908-ci il Sidney yaxınlığında tutulmuş 4,26 m uzunluğu və 2235 kq çəkisi olan individ haqqında məlumat yer alır. Bəzi ölkələrdə məsələn: Yaponiyada, Koreyada və Tayvanda ay-balığının əti delikates hesab edilir.

0
10:55
229

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!