Qeyri-adi görünüşə malik modellər

Qeyri-adi görünüşə malik modellər

Baxmayaraq ki, dəb sənayesində gözəlliyin sərt standartları hökmranlıq edir amma bəzi bu standartlardan uzaq qızlar və qadınlar yüksək dəbin dünyasına keçməyə müvəffəq olur və müasir dəbin ən tələb olunan modelinə çevrilə bilirlər.

1. Amazon İv

Başqa fotomodellərdən bu model çox yüksək boyu ilə fərqlənir — 203 sm. Tanış olun — Amazon İv, Ginnes rekordlar kitabının versiyasına görə ən yüksək peşəkar fotomodel, fitnes üzrə məşqçi və sadəcə məlahətli qadın.

2. Rebeka Marin

28 yaşlı Vudberili Rebeka Marina (Rebekah Marine), sağ qolu olmadan doğulub və bu o demək idi ki, qız birdəfəlik modellik karyerasını unutmalı idi. Amma fiziki qüsurlu olmağına baxmayaraq Rebeka model oldu.

3. Şantel Braun-Yanq

Şantel Braun-Yanq modeldir, amma olduqca qeyri-adi model. Məsələ ondadır ki, Braun-Yanq uşaqlığdan vitiliqo (dərinin piqmentasiyasının pozulması) kimi məlum olan dərinin olduqca nadir xəstəliyindən əzab çəkir. Başqa sözlə, Şantelin (o qaradərilidir) üzündə müxtəlif ölçüdə və formada kələ-kötür parlaq ağ ləkələr əmələ gəlir. Lakin, ağ ləkələr yalnız qızın üzünü deyil həm də bütün onun bədəni bürüyüb. Buna baxmayaraq o, öz qüsurunu öz xeyirinə çevirməyi bacardı və model oldu.


4. Melani Qaydos

Model olmağı arzu edən qızlar və qadınlar tez-tez mövcud standartlara maksimal uyğun olmağa çalışaraq öz görünüşlərinə ciddi fikir verirlər. Melani Qaydos üçün bu standartlara uyğun gəlmək heç mümkün deyildi. Yumşaq desək o anadan gəlmə qeyri-adi görünüşə malikdir. Lakin qəribə görünüşü əsla Qaydosa olduqca məşhur model olmağa mane olmadı.


5. Eşli Qrem

Məşhur fotomodel Eşli Qrem başqalardan öz qeyri-standart formalarıyla fərqlənir. O, Linkolnda, Nebraska ştatında 1988-ci ildə doğulub və hal-hazırda məşhur amerikalı "plus-size"nin modelidir.



6. Dafna Self

Dafne Self (Daphne Selfe) indi 82 yaşı var və o dəb dünyasında ən tələb edilən modellərdən biridir. Dafna 1930-cu ilin iyul ayında Böyük Britaniyada anadan olub. O kasıb ailədə böyüyüb, atası məktəb müəllim ana isə evdar qadın olub.


0
14:40
347

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!