Ximba tayfası

Ximba tayfası

Afrikanın cənubunda, Namibiyada bu gün də öz əcdadlarının həyat tərzini saxlayan tayfaları görmək olar. Xarici dünyanın bütün kataklizmlərinə baxmayaraq Ximba köçərilər tayfasının məişəti yüzilliklər boyunca dəyişmir. Ximba tayfası təxmini 20-50 min nəfərdən ibarətdir. Bu köçəri çobanların zahiri görünüşü fotoqraflarda və səyahətçilərdə heyranlığa səbəb olur.

Bu tayfanın çobanları öz xarici görünüşünə qeyri-adi diqqətlə yanaşırlar. Başda gildən istifadə edərək dolaşıq saç düzümləri edilir və müxtəlif baş geyimləri taxırlar. Bəzəklər hətta təzə doğulmuş uşaqlar üçün də məcburidir.

Ximba qadınları öz mükəmməl qamətiylə təəccübləndirirlər, onlar bu qaməti başlarında ağırlıq daşımalarının sayəsində əldə edirlər. Bundan başqa, onlar çox gözəl bədən quruluşuna, badamı gözlərə və füsunkar təbəssümə malikdirlər.

Ximba tayfasının məsgən saldıqları ərazidə demək olar ki, su mənbələri yoxdur, buna görə onlar hər damcını qorumaq məcburiyyətindədirlər. Yuyunmaq imkanının olmadığından dəriyə qulluq üçün onlar qırmızı vulkanik cinsdən ibarət kirşandan, kərə yağından, bitki cövhərlərindən xüsusi "krem" hazırlayırlar. Bu "krem" günəş yanıqlarından və iltihablardan onların dərisini müdafiə edir, həmçinin saç düzümünü bərkidir.

Onların qəsəbələri palma yarpaqlarından və gildən tikilmış konusşəkilli evciklərdən ibarətdir. İl ərzində ailələr bir komadan başqa komalara köç edirlər.

Ximba qızlarına alında iki qısa hörüy hörürlər. Qadına çevrilərkən saçları uzatmağa başlayır və onları geri darayırlar.

Ximbanın ərli qadınları keçi dərisindən kiçik "tac" taxırlar.

Kişilər bir hörüy edirlər...

...evlilər isə baş geyimi – çalmadan da istifadə edə bilərlər.


0
11:00
298

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!