Sıldırımda yerləşən 10 şəhər

Sıldırımda yerləşən 10 şəhər

Pəncərədən gördüyünüz hansı mənzərə sizi heyrətləndirərdi? Sonsuz görünən mavi okean və yaxud hündürlükdən baxarkən görə biləcəyiniz nəfəs kəsici görüntü? Kiməsə dağlar yaxındlr kiməsə çiçəklənən çəmənliklər. Bu şəhərlərin sakinləri isə pəncərədən baxarkən özlərini dünyanın ən son dayanacağında hiss edirlər.

Ronda

Ronda — qədim ispan şəhəridir. O 750 metr dəniz səviyyəsindən yuxarı hündürlükdə 100 metr dərinliklə olan dərənin üstündə körpüylə birləşdirilmiş iki böyük yüksək dağ platosundadır.

Manarola

italyanın Liquriya əyalətində mənzərəli şəhərcik

BonifaçoTəəccüblü Bonifaço Aralıq dənizinin üstündə 70 metr hündürlükdədir. Bu Korsikanın düz qayalarda yerləşən ən koloritli şəhərciyidir.

Keyptaun

Afrikanın ucqar nöqtəsində yerləşən ekzotik şəhər

Tropeya

Tropeya — İtaliyanın cənubunda unikal kurortdur. Bura yalnız zərif zümrüd dənizi ilə deyil, həm də evlərin çox hissəsinin yüksək qayanın zirvəsində yerləşməsi ilə də məşhurdur. Əfsanəyə görə şəhər Herakl tərəfindən yaradılmışdır: İspaniyadan qayıdan zaman ən gözəl "Allahların sahili" onu cəlb edir. Şəhər əlçatmaz sıldırım qayada, 60 metr hündürlüklə yerləşir.

Sintra

Sintra — XIX əsrin romantiklərinin təriflədikləri və portuqal krallarının sevdiyi məkandır . Sintraya qədim keltlər sitayiş edirdilər və bu şəhər mavritan hökmdarları tərəfindən salınıb. Çiçəklənən sirli şəhər-bağ — Portuqalın əsl mirvarisi hesab olunur.

Madeyra

Heyrətamız landşaftla tropik arxipelaq, Madeyranı haqlı olaraq "üzən bağ" və ya "Atlantikanın mirvarisi" adlandırırlar.

Nort Bondi

Sidneyin (Avstraliya) bu şəhərkənarı guçəsi məşhur Bondi çimərliyinin üstündən ucalır.

Kastelfolit-de-la-Roka

Kastelfolit-de-la-Roka şəhərciyinin sakinləri yaşamaq üçün təhlükəli yer seçiblər. Bu şəhərdə evlər 50 m dərinliyi olan uçurumun düz kənarınta tikilib.
Santorini

Təxminən 3500 il əvvəl Egey dənizində vulkanik partlayış nəticəsində 5 Santorini adasından ibarət çox gözəl arxipelaq yarandı. Adalardan ən əsasıda eydi adı daşıyır.

0
12:35
94

Şərhlər

Şərh yoxdur. Sizin şərhiniz birinci olacaq!